Biz Nobel Energy şirkətiyik (NEQSOL Holdingin bir hissəsi) və bizim integrasiya edilmiş xidmətləri təchiz edən biznes modelimiz, ötən 18 il ərzində, layihələrin əvvəlindən sonunadək lazım olan bütün xidmətləri təkmilləşdirməyi və müştərilərimizə effektiv və səmərəli həll yolları təhvil verməyi təmin edib.
Baxışımız, Neft və Qaz xidmətləri şirkətindən Birləşdirilmiş Enerjinin İstehsalı, İşlənməsi və Xidmətləri üzrə şirkətə çevrilməkdir.
Bizim missiyamız insanlara, texnologiyalara və resurların davamlılığına olan diqqəti artırmaqla, dünyamızın dəyişən enerji ehtiyaclarını qarşılamaq üçün katalizator olmaqdır.
Tariximiz 2005-ci ildə Nobel Energy şirkətinin ilkin olaraq satınalma və təchizat xidmətləri göstərən şirkət kimi təsis edilməsinə dayanır.
Bizim korporativ idarəetmə strukturumuz fəaliyyətimizi səmərəli idarə etməyə imkan verir. Nobel Energy şirkətinin idarəetmə orqanları şirkətin səhmdarlarının ümumi yığıncağı, direktorlar şurası və Baş icraçı direktordan ibarətdir. Baş icraçı direktor direktorlar şurasının və səhmdarların ümumi yığıncağının qərarlarının icrasını həyata keçirir.
Biz İnteqrasiyalı Enerji İstehsalı, İşlənməsi və Xidmətləri şirkətinə çevrilmək üçün transformasiya edirik. Biz insanlara, texnologiyaya və resursların davamlılığına diqqətimizi daha da artıraraq dünyamızın dəyişən enerji ehtiyaclarını ödəmək üçün katalizator rolunu oynamaq istəyirik.