Bizim strateji məqsədlərdən biri də müxtəlif sosial və xeyriyyə proqramları vasitəsilə fəaliyyət göstərdiyimiz regionların inkişafını və sosial-iqtisadi dayanıqlığını dəstəkləməkdir. Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən məsuliyyətli bir şirkət kimi biz, fəaliyyət göstərdiyimiz ölkələrdə cəmiyyətə töhfə vermək üçün daim imkanlar axtarırıq. Nobel Energy korporativ sosial məsuliyyət prinsiplərinə əməl edərək mədəniyyət, idman və təhsil sahəsində proqram və layihələr həyata keçirərək yerli icmaları daim dəstəkləyir.