Biz korporativ sənədlərimizi Böyük Britaniyanın və yerli qanunvericiliyin tələblərinə uyğun və biznes etikası və davranış qaydaları üzrə ən yaxşı dünya təcrübələrinə əsasən hazırlamışıq. Bu sənədlər həm daxili həm də xarici tərəfdaşlarımızla qarşılıqlı əlaqələrə aid davranış qaydaları və öhdəliklərin tənzimləməsində şirkətin rəsmi mövqeyini əks etdirir.
Hesab edirik ki, korrupsiya qanunun aliliyi üçün təhlükə yaradır, idarəetmənin səmərəliliyini azaldır, investisiya qərarları üçün əlverişsiz mühit yaradır və büdcə vəsaitlərindən və maliyyə resurslarından səmərəsiz istifadə ilə nəticələnir. Bunu nəzərə alaraq, beynəlxalq hüququn tələblərinə uyğun olaraq korrupsiya və rüşvətxorluqla mübarizə üçün daxili tənzimləyici çərçivə, habelə yerli və beynəlxalq təşkilatların korrupsiya əleyhinə tövsiyələrini hazırlamışıq.
Biz hüquqların bərabərliyinə və milliyyəti, cinsi, mənşəyi, yaşı, dini və digər əlamətlərinə görə ayrı-seçkiliyin olmamasına, habelə işçilərin öz seçimlərinə görə istənilən ictimai təşkilatlarla ünsiyyət qurması hüququna təminat veririk.
Şirkət Əmək Məcəlləsinə və ümumiyyətlə, hər hansı ayrı-seçkiliyi, əmək hüquqları və azadlıqlarında məhdudiyyətləri istisna edən qanunvericiliyə tam uyğun işləyir. Məsuliyyətli işəgötürən kimi biz qanunvericiliyin bütün tələblərinə riayət edir və ən yaxşı dünya təcrübələrini tətbiq edirik
Biz düzgün qərarların qəbul edilməsi məqsədilə maraqlı tərəflər üçün informasiya şəffaflığının yüksək səviyyədə təmin olunmasına məsuliyyətlə yanaşırıq. Nobel Energy bu sahədə bütün qanuni tələblərə riayət etməklə ən yaxşı beynəlxalq təcrübələrə riayət etməyə çalışır.
Biz hesab edirik ki, korrupsiyanın qarşısının alınması üçün əsas elementlərdən biri antikorrupsiya haqda məlumatlandırma və təlimləridir. Nobel Energy şirkətlər qrupunda mütəmadi olaraq bütün işçilərə etik davranış qaydaları öyrədilir və qanunsuz hərəkətlərə yol verilməməsi təşviq edilir. Şirkətdə vaxtaşırı rüşvətxorluğun qarşısının alınmasına yönəlmiş xüsusi tədris proqramları həyata keçirilir. Belə təlimlər bütün əməkdaşlarımız, eləcə də podratçı təşkilatların əməkdaşları üçün keçirilir.